Xəbər lenti

Qubaya bayrama gələnlər qəzaya düşdü (FOTOLAR)
Ölkə12:00 20.03.2019

Qubaya bayrama gələnlər qəzaya düşdü (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtdan Qubaya bayrama gedənlər qəzaya uğrayıb. 
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, qardan sonra yolun sürüşkən olması səbəbindən Quba-Qonaqkənd yolunun 38-ci kilometrliyində "JEEP” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
Nəticədə avtomobildə olan 5 nəfərdən ikisi - Sumqayıt şəhər sakinləri, 1971-ci il təvəllüdlü Məmmədova Məryəm Gülbala qızı və 1965-ci il təvəllüdlü Məmmədov Barat Abbas oğlu Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
Onlara bədənin əziyi, körpücük sümüyünün sınığı diaqnozları qoyulub. 
Digər sərnişinlər isə yüngül xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.