Xəbər lenti

Qüdsi Osmanova vəzifə verildi
Ölkə15:06 19.04.2013

Qüdsi Osmanova vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Qüdsi Osmanov yeni vəzifəyə təyin olunub.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, Qüdsi Osmanov Azərbaycanın Rusiyadakı səfirinin müavini təyin edilib. Azərbaycan prezidentinin müvafiq sərəncamı konsulluğun internet səhifəsində yerləşdirilib.  

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qüdsi Osmanov dünən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Qüdsi Osmanov 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub. 1998-ci ilin aprel ayından 2004-cü ilin dekabr ayınadək Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Fəxri Konsulu vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 16 dekabr 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu vəzifəsinə təyin olunub, ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Qaynar.info