Xəbər lenti

"13 yaşımdan onunla yaşayıram, 1 il əkirəm, 2-3 il çəkirəm" - VİDEO
Ölkə14:23 10.09.2016

"13 yaşımdan onunla yaşayıram, 1 il əkirəm, 2-3 il çəkirəm" - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri Xəzər RPİ-yə həyətyanı sahəsində narkotik xassəli çətənə kolları əkib becərən Heydər Pirimov barəsində məlumat daxil olub.
Polis əməkdaşları onun yaşadığı evə baxış keçirərkən oradan 26 ədəd çətənə kolu aşkarlayıblar.
İdarədə dindirilən Pirimov ilkin ifadəsində 40 ildir narkotik vasitələrdən istifadə etdiyini deyib: "20-22 dənə idi, ya da neçə dənə idi. Gəldilər, tutdular. Mən özüm onu 13 yaşımdan çəkirəm. Çəkəniyəm mən. Bir il əkirəm, 2-3 il çəkirəm özüm üçün, vəssalam. Mən onunla yaşayıram. Özüm də xəstəyəm. Ciyərlərim də xəstədir".
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az