Xəbər lenti

"28 Mall" ticarət mərkəzində təhlükəsizlik tədbirləri gücləndirildi
Ölkə11:27 16.01.2017

"28 Mall" ticarət mərkəzində təhlükəsizlik tədbirləri gücləndirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"28 Mall" ticarət mərkəzinin girişinə yeni təhlükəsizlik aparatları qoyulub.

Qaynarinfo.Az-ın əməkdaşı adı çəkilən ticarət mərkəzində olarkən yeni aparatların quraşdırıldığını görüb. Maraqlısı budur ki, artıq uzun müddətdir fəaliyyət göstərən ticarət mərkəzində bu aparatlar yenicə qoyulub.

"28 Mall" ticarət mərkəzindən bildirildi ki, təhlükəsizlik aparatlarının quraşdırılması hansısa təhlükə ilə bağlı deyil:"Hər bir ticarət mərkəzində bu aparatlardan istifadə olunur. Biz də bu addımı atdıq. Özəl olaraq heç bir səbəb yoxdur".

Xatırladaq ki, ötən il "28 Mall" ticarət mərkəzində bomba həyəcanı verilsə də, yoxlamalar zamanı heç nə aşkar olunmamışdı.

Pərvin Zeynal

Qaynarinfo.Az