
Metronun “28 May” stansiyası görkəmini dəyişəcək.
Bakı Metropolitenindən AzərTAc-a bildiriblər ki, artıq stansiyanın yenidənqurma işlərinə başlanılıb. Yeni layihə “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanıb.Yenidənqurma işləri zamanı yaranan müvəqqəti narahatlığa görə Bakı Metropoliteninin rəhbərliyi sərnişinlərdən üzr istəyir.


