Xəbər lenti

"5 yaşlı uşağını öldürən ananın üzvü olduğu sekta qeydiyyatdan keçməyib" -Dini Komitə
Ölkə14:30 13.10.2016

"5 yaşlı uşağını öldürən ananın üzvü olduğu sekta qeydiyyatdan keçməyib" -Dini Komitə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi paytaxtda baş vermiş qanlı olayla- dini sekta üzvü olduğu deyilən qadının 5 yaşlı uşağını boğub öldürməsi ilə bağlı məlumata münasibət bildirib. 

Komitədən Qaynarinfo.Az saytına verilən məlumata görə, “Üzüm bağı kilsəsi” adlı dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçməyib və onun fəaliyyəti qeyri-qanuni sayılır: "Belə ki, həmin dini icmanın sənədləri qeydiyyata alınması üçün Dövlət Komitəsinə daxil olub, lakin sənədlər qaydasında olmadığı üçün geri qaytarılıb".

Qeyd edək ki, Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev  14 ünvanında yaşayan 33 yaşlı Nazilə Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutmaqla sıxıb, nəticədə uşaq boğularaq ölüb.

Yasamal rayon prokurorluğundan bildirilib ki, ötən gün axşam saatlarında N.Qulubəyovanın həyat yoldaşı Rövşən Qulubəyov 102 xidmətinə zəng vuraraq həyat yoldaşı ilə oğlunun evdə bağlı qapı arxasında qaldıqlarını xəbər verib. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları uşağın cansız bədənini döşəmənin üstündə aşkar ediblər. Ananı isə evdə tapmaq mümkün olmayıb.

Uşağın boğularaq öldürüldüyü məlum olub. Əməliyyat axtarış tədbirləri nəticəsində N.Qulubəyova polis əməkdaşları tərəfindən həbs olunub. Sonradan məlum olub ki, qadın uşağı onun evdən çıxıb dini sektaya getməsinə, orada ayinlərdə vaxt keçirməsinə əngəl olduğu üçün öldürüb. Qadın izahatında etiraf edib ki,  “İsa peyğəmbər və  üzümçülərin sektası” adlı dini təriqətin üzvüdür.  

Qızılgül

Qaynarinfo.Az