Xəbər lenti

"AAAF"-dan ev alanlara ŞAD XƏBƏR
Ölkə13:45 14.11.2014

"AAAF"-dan ev alanlara ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“AAAF Park Yaşayış Kompleksi”nin rəhbərliyi noyabr ayından etibarən kart sisteminə start verməyi planlaşdırır. Belə ki, bu əraziyə daxil olarkən sakin, qızıl, gümüş, bürünc və VİP olmaqla kartlardan istidafə ediləcək.

İlkin mərhələdə yalnız “Sakin kartları”nın (digər adı “Klub kartı”) təqdimatı nəzərdə tutulub. Bu kartlar AAAF Park Yaşayış Kompleksində fərdi yaşayış evi və mənzil sahibi olanlara verilir. Parkın girişində quraşdırılan turniketlər də məhz bu məqsədlə quraşdırılıb. Bu kart hər ay kommunal ödəniş edən (1 kv.m – 20qəp) sakinlərimiz üçün nəzərdə tutulub. Kartı əldə etmək üçün yalnız bir dəfə – onu alarkən 2 (iki) AZN məbləğində ödəniş etmək lazımdır. Kartlara pul yükləmək, həmin puldan park daxilində bütün xidmətlərdən yararlanmaq mümkün olacaqdır. Pul yüklənməsi, ondan istifadə üçün heç bir xərc tələb olunmur. Yükləmə üçün aparatlar Parkın müxtəlif nöqtələrində quraşdırılmışdır.

“Sakin kartı”na sahib olan sakinlərin ixtiyarına verilən güzəştli istifadəyə şamil edilən endirimlər aşağıdakılardır:

Əyləncə

Parka pulsuz giriş

Lisey və bağçalar üçün nəzərdə tutulmuş aylıq ödənişdən endirim – 50 AZN

Lisey və bağçanın tərkibində fəaliyyət göstərən idman qurğularından istifadə və məşğələlər üçün 50% endirim

Limuland Əyləncə Mərkəzinin oyun aparatlarından və attraksionlardan istifadə, kartinq, 7D Cinema club və “Buz meydançası”nda 50% endirim

Mağaza və kafelərdə 5% endirim

İdman

Fitness 50 AZN – 50% endirim

Gimnastika 25 AZN – 50% endirim

Cüdo 25 AZN – 50% endirim

Mini futbol 25 AZN – 50% endirim

Ağır atletika 10 AZN – 50% endirim

Yaxın gələcəkdə istifadəyə veriləcək üzgüçülük 50 AZN – 50% endirim

Əlavə edək ki, AAAF Park Yaşayış Kompleksində fərdi yaşayış evi və mənzil sahibi olmayanlar isə xidmətlərdən “Qonaq kartı” vasitəsilə yararlana biləcəklər. Bu kartın qiyməti 2 (iki) AZN-dir. Bu kart adidir və “Sakin kartı”ndakı güzəştlərə malik deyildir. Qonaqlar bu kartı alaraq pul yükləyə və yüklədikləri məbləğə müvafiq xidmətlərdən yararlan bilərlər.

Diqqət! Kartları AAAF Parkda yerləşən terminallardan başqa maqnit və şüalandırma obyektinə yaxınlaşdırmaq qadağandır. Əks halda kartın təkrar istifadəsində problemlər yaşanacaqdır.

Qaynar.info