Talış kəndinin Ağdərə rayonun inzibati ərazisi kimi göstərən lövhə sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Qeyd edək ki, "Ağdərə" inzibati ərazi vahidi kimi 1992-ci ildən Tərtər rayonuna birləşdirilib, qəsəbə isə keçmiş adı ilə Ağdərə adlandırılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov modern.az-a kəndin Tərtər rayonun inzibati ərazisi olduğunu bildirib: "Talış kəndi Tərtərin inzibati ərazisidir".
O, qeyd edib ki, müvafiq qurumlara səhvin düzəldilməsi ilə bağlı müraciət edilib: “Problem tezliklə həll ediləcək, narahatlıq üçün əsas yoxdur”.
Qaynar.info