Xəbər lenti

"Ailəmi Nizaməddin Quliyevin şər-böhtanından xilas edin" - Ombudsmana müraciət
Ölkə09:43 18.11.2016

"Ailəmi Nizaməddin Quliyevin şər-böhtanından xilas edin" - Ombudsmana müraciət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboy rayonunun Yeni yol kənd  sakini, Azərbaycan Yazıçılar birliyinin  üzvü,  "Həqiqət meridianlarında" qəzetinin baş redaktoru Ələsgər Əlioğlu (Təhməzov) tərəfindən redaksiyamıza müracət ünvanlanıb.

Qaynarinfo.Az-ın verdiyi məlumata görə, Ələsgər Əlioğlu Goranboy rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevin haqsızlıqlarından Azərbaycan Respublikasının Ombudsmanı Elmira xanım Süleymanovaya müracət edib. Müraciətdə deyilir:

"Hörmətli Elmira xanım!

 Parlaq və şərəfli  fəaliyyətiniz haqqında kifayət qədər məlumatlı olduğum üçün bir daha Sizə üz tuturam. Mən 27 sentyabr 2016-cı il tarixdə Sizə Goranboy rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevin haqsızlıqları ilə bağlı müraciət etmişdim. Çox qəribədir ki, şikayətdə əks edilmiş halların yoxlanılması, müvafiq tədbir görülməsi və nəticə barədə məlumatlar  verilməsi məhz Nizaməddin Quliyevin özünə ünvanlanmışdır. Belə olan təqdirdə hansı insan hüquqlarından söz açıla bilər!?

Nizaməddin Quliyev bir ildən artıqdır ki,mənə,oğluma,bir sözlə bütün ailəmizə qarşı şər-böhtan kampaniyasını davam etdirməkdədir. O,bizdən nə istəyir!? Hətta rayon məhkəməsinə mənimlə bağlı iddia ərizəsi hazırladıb təqdim etmişdir ki,guya mən şər və böhtançıyam. Bir maraqlanan yoxdur ki,64 yaşımın içərisində  kiməsə şər-böhtan atmışam,ya yox!! Bu adam deyir ki,səni şər-böhtançı kimi tutdurmalıyam.

Ümummilli liderimiz möhtərəm Heydər Əliyevin qurub-yaratdığı və cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha da möhkəmləndirilən bir demokratik dövlətdə  dinc yaşaya bilmiriksə nə etməliyik!?

Mən 30 ildən artıqdır ki, Yazıçılar Birliyinin (keçmış SSRİ Yazıçılar İttifaqının) üzvüyəm. Şeirlərim və nəsr əsərlərim qırx ilə yaxındır ki,dövri mətbuatda çap olunur, iyirmidən artıq kitabım çapdan çıxmışdir. Az-çox nüfuzum da vardır. Həmişə də başımı aşağı salıb  işimlə məşğul olmuşam. İndi Nizaməddin Quliyev imkan vermir ki, öz yaradııcılıq işimlə məşul olum. Məhkəməyə gedən yollar daha məni yormuşdur.

Buna görə də Sizdən xahiş edirəm ki, bir Ombudsman kimi mənim və ailəmin hüquqlarının qorunması yolunda müraciətimi aidiyyəti üzrə orqanlardan birinə yönəldəsiniz. Və  elə düşünürəm ki, bununla da  məni, həmçinin ailəmi Nizaməddin Quliyevin şər-böhtanından xilas etmiş olarsınız.

Hörmətlə: Ələsgər Əlioğlu (Təhməzov)"

Famil Zərgərov

Qaynarinfo.Az