
İngiltərənin "Arsenal" klubunun ispaniyalı futbolçuları - Santi Kasorla, Naço Monreal, Ektor Belyerin Çempionlar Liqasının qrup mərhələsində bu gün keçiriləcək Bolqarıstanın "Ludoqorets" klubuna qarşı oynamayacaq.
Qaynarinfo.Az xəbər verir ki, Santi Kasorla və Naço Monreal zədəli olduqları üçün bu görüşü buraxacaq. Ektor Belyerinə isə baş məşqçi Arsen Venger istirahət verməyə qərar verib.
Qeyd edək ki, "Ludoqorets" - "Arsenal" matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qaynarinfo.Az