
"ASAN xidmət Nigar Yaqublu ilə Seymur Həzinin nikahına maneə törədir".
Qaynarinfo.Az bildirir ki, bu haqda Meydan Tv-yə N.Yaqublunun yaxınları məlumat verib.
Onlar bildiriblər ki, xidmətin Bakıxanov şöbəsindən N.Yaqubluya bildiriblər ki, onlar 10 dəqiqə gecikdiklərindən nikah bağlayacaq əməkdaş iş yerini tərk edib. Onun nə zaman geri qayıdacağı isə bəlli deyil.
Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikahı bağlanmalıdır.
Nigar Yaqublu Meydan Tv -yə bildirmişdi ki, nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq.
Qaynarinfo.Az