Xəbər lenti

"ASAN"a yeni qurum verildi
Ölkə13:04 31.01.2014

"ASAN"a yeni qurum verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İnnovasiyalar Mərkəzi" "ASAN xidmət"in tabeliyindəki qurumların sihayısına daxil edilib

"ASAN xidmət"in tabeliyinə yeni qurum verildi. ANS PRESS-in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin - "ASAN xidmət"in tabeliyindəki qurumların siyahısına hələlik yalnız bir qurum - "İnnovasiyalar Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.


Qaynar.info