Sosial şəbəkələrdə"Azadlıq" qəzetinin əməkdaşı Xalid Qarayevin həbs olunması haqda məlumatlar yayılıb.
Xalid Qarayevin bir neçə dəqiqə bundan öncə saxlanılaraq Abşeron rayonu 4 cü polis bölməsinə aparıldığı bildirilib.
Aznews.az yayılan informasiya ilə bağlı 4 - cü polis bölməsi ilə əlaqə saxladı. Bölmənin növbətçisinin sözlərinə görə, onda bu haqda heç bir informasiya yoxdur. Qeyd edək ki, jurnalist Xalid Qarayev həm də Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvüdür.