Xəbər lenti

"AZAL rəhbəri İlham Əliyevin gösətirişinə məhələ qoymaq fikrinə deyil" - Aslan İsmayılov
Ölkə11:08 20.07.2015

"AZAL rəhbəri İlham Əliyevin gösətirişinə məhələ qoymaq fikrinə deyil" - Aslan İsmayılov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

‪"AZAL rəhbəri prezident İlham Əliyevin göstərişinə də məhəl qoymaq fikrində deyil"

Qanar.info xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

Aslan İsmayılovun sözlərinə görə, ‎AZAL‬-ın inhisarı və bilet qiymətləri ilə bağlı soyğunçuluğuna ictimaiyyət etirazını var gücü ilə bildirdi:"AZAL-dakı qiymətlərin bahalığını konkret arqumentlərlə əsaslandıran prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışı isə qiymətlərin təcili şəkildə endiriləcəyinə əminlik yaratdı. Prezidentin 13 iyul tarixli çıxışından bir həftə vaxt keçməsinə baxmayaraq heç nə dəyişməyib. Biz bilirdik ki, Cahangir Əsgərov Azərbaycanda qanunları saymır. Lakin, son hadisələr onu göstərir ki, AZAL rəhbəri prezidenti İlham Əliyevin göstərişinə də məhəl qoymaq fikirində deyil."

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 13-də hökumətin iclasındakı AZAL-ın fəaliyyətini sərt tənqid edərək şirkətdən aviabiletlərin qiymətini endirməyi tələb edib.

Qaynar.info