Xəbər lenti

"Azərbaycan 8-9 may tarixində müharibəyə başlaya bilər"
Ölkə13:06 07.05.2016

"Azərbaycan 8-9 may tarixində müharibəyə başlaya bilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“DQR”in tanınması gözlənilməz nəticələrə gətirib çıxara bilər. Avropa.info xəbər verir ki, bu açıqlama ilə jurnalistlər qarşısında erməni diplomat Arman Navasardyan çıxış edib. 
O, xatırladıb ki, beynəlxalq diplomatiyada separatçı respublikaların (Cənubi Osetiya, Abxaziya, Şimali Kipr) tanınması təcrübəsi var, lakin bu vəziyyəti dəyişməyib: “Beynəlxalq qüvvələrin reaksiyasından belə nəticəyə gəlmək olar ki, Moskva tanınma prosesinə xoş baxmır, ABŞ susur, Türkiyə isə məsafə saxlayır. Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Özü də 8-9 may tarixində, ancaq bu “DQR”in tanınması məsələsi ilə bağlı deyil” 
Navsardyanın fikrinə görə, Ermənistan “DQR”i çoxdan tanımalı idi. Amma indi bu aktual deyil. Hal-hazırda danışıqlar prosesini davam etdirmək lazımdır.
“Bax budur bizim birinci vəzifəmiz” - erməni diplomat belə deyib.
Qaynarinfo.az