
"Marneulidə Bakı-Tiflis-Qars dəmir yolunun Tetritskaroy hissəsində işçilərin tətil keçirilməsi barədə yayılan məlumat həqiqətə uyğun deyil".
Bu barədə "APA-Economics"ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat kaitibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Ötən gün Gürcüstan mətbuatında Marneulidə Bakı-Tiflis-Qars dəmir yolunun Tetritskaroy hissəsində işçilərin əmək haqlarının 5 ay almadığına görə tətil keçirilməsi barədə məlumat yayılıb.
N.Əzməmmədovun sözlərinə görə, Ramazan bayramı ilə əlaqədar olaraq (avqustun 8-9-da) sözügedən dəmir yolu hissəsində çalışan işçilərin əmək haqları bir qədər gecikdirilib: "Lakin hazırda bütün işçilərin məvacibləri verilib və Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində heç bir dayanma halları qeydə alınmayıb. İşçilərin əmək haqlarını 5 ay verilməməsi həqiqətə uyğun deyil".
Qaynar.info