
Azərbaycanda nəinki evsiz əlil, hətta nazir müavini səviyyəsində olan evsiz məmur da var.
Trend-in məlumatına görə, bunu "QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "QHT-hökumət dialoqunun gücləndirilməsi" adlı tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
PA rəsmisi deyib ki, Azərbaycanda əlillərin problemi dövlətin problemidir: "Bu, təkcə QHT-lərin problemi deyil. Əlbəttə, evsiz, müalicəyə ehtiyacı olub ancaq lazımi müalicə ala bilməyən əlil də var. İndi bunu Səhiyyə Nazirliyi müəyyən etməlidir ki, nəyə görə Azərbaycan tibbinin imkanları buna imkan vermir. Hər halda bu, araşdırılmalıdır".