Xəbər lenti

"Azəriqaz"ın əməkdaşı özünü 10-cu mərtəbədən atdı
Ölkə08:04 17.08.2015

"Azəriqaz"ın əməkdaşı özünü 10-cu mərtəbədən atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb. 
Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Nizami Rayon Polis İdarəsindən bildirilib ki, intihar edən şəxs “Azəriqaz”da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynar.info