"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri vəfat edib.
Milli.Az-ın məlumatına görə, hazırda Neft Akademiyasının qazçıxarma və geologiya kafedrasının müəllimi işləyən 63 yaşlı Fərman Vəlizadə təhsil ocağının qarşısında dünyasını dəyişib.
Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 220 ünvanında yerləşən akademiyanın qarşısında onun halı pisləşib və ailə üzvlərinin yanında keçinib. F.Vəlizadə uzun müddət ürək-damar çatışmazlığından müalicə alıb.