
Azərbaycan Nazirlər Kabineti "Azərsu" ASC-nin strukturunda dəyişiklik edib.
Ans press-in məlumatına görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti qərara alıb ki, "Sanqaçal Su Kəmərləri" və "Xaçmaz Su Kəmərləri" idarələri "Azərsu" ASC-nin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısından çıxarılsın.
Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərinin Nizami, Xətai, Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Sabunçu, Səbail, Suraxanı, Qaradağ, Xəzər, Pirallahı rayonunun sukanal idarələri, "Bağlar Sukanal" İdarəsi, Nəzarət Ölçü Cihazları İdarəsi, "Şirvan Sukanal" İdarəsi və "Mingəçevir Sukanal" İdarəsi və Mərkəzi Laboratoriya "Azərsu" ASC-nin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısına salınıb.
Qaynar.info