Xəbər lenti

"Azərsu"nun idarə rəisi işdən çıxarıldı
Ölkə06:03 16.03.2016

"Azərsu"nun idarə rəisi işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərsu" ASC-nin Bərdə Sukanal idarəsinin rəisi işdən çıxarılıb. 
"Report" xəbər verir ki, idarə rəisi Vilayət Zamanov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı "Report"a bildirib ki, idarə rəisi V.Zamanov öz ərizəsi ilə işdən çıxıb: "Bərdə Sukanal idarəsinin rəisi Vilayət Zamanov bu il martın 10-da öz ərizəsi ilə işdən çıxıb. İdarəyə hələ ki, yeni rəis təyinatı olmayıb. İdarə rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini Şəmil Əliyev icra edir".
Qaynar.info