Xəbər lenti

"Azİmport"un sahibinin yaxın qohumları da saxlandı
Ölkə12:20 13.05.2015

"Azİmport"un sahibinin yaxın qohumları da saxlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azİmport” şirkətinin sahiblərindən biri olan Azər Əsgərovun yaxın qohumları və şirkətin mühasibi Niyaz Orucov saxlanılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, şirkətin bütün əmlakı və mülkiyyəti məhz bu adamların adına sənədləşdirilibmiş.
Qeyd edək ki, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları dünən “Azİmport” şirkətinin rəhbərləri Rəşad Məmmədovu və Azər Əsgərovu saxlamışdılar. Şirkətin faktiki sahibi olan R.Məmmədov hələ də “bandotdel”in təcridxanasındadır.
Qaynar.info