Xəbər lenti

"Bakcell" özü də "Azercell"ə "keçdi" - ŞOK
Ölkə12:26 16.04.2014

"Bakcell" özü də "Azercell"ə "keçdi" - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər internetdə qəribə mənzərə yaranıb.

Qaynar.info-nun verdiyi xəbərə görə,  www.bakcell.az internet ünvanını yazıb daxil olmaq istəyənlər qəribə sürprizlə qarşılaşır. Belə ki, "Bakcell" əvəzinə "Azercell"in rəsmi səhifəsi açılır.

"Bakcell" operatorunun rəsmi səhifəsi "Bakcell.com" olsa da, milli ".az" domeninin ölkədə geniş yayılması üzündən sadə insanların çoxu şirkət saytlarına daxil olarkən ilk olaraq ".az" domenini yoxlayır.

Araşdırmamız zamanı məlum oldu ki, Bakcell.az domeni Bərdə şəhərində qeydiyyatda olan Qalib Musayev Cingiz oğlunun adına qeydiyyata alınıb. Adıçəkilən şəxs BERDE.WS adlı mobil saytın serveri üzərindən domeni Azercell-in internet səhifəsinə yönəldib. Bunu hansı məqsədlə etdiyi bəlli olmasa da, ortada qıcıq yaradan və iki şirkəti üz-üzə qoymaq cəhdi hiss olunur.

Onu da qeyd edək ki, qaydalara görə, şirkət adları ilə bağlı domen adları fərdi şəxslərə satıla bilməz. Məsələn, facebook.az domeni boş olsa da, onu heç bir azərbaycanlı vətəndaş satın ala bilməz. Bu domen üçün yalnız Facebook özü müraciət edə bilər. Belə olan halda "bakcell.az" domeninin fərdi şəxsin əlinə necə keçdiyi sual yaradır.

Qaynar.info