Xəbər lenti

"Bakı-2015"ə nə qədər pul ayrılıb?
Ölkə10:57 14.10.2014

"Bakı-2015"ə nə qədər pul ayrılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının keçirilməsi üçün 1,3 milyard manat sərf ediləcək.

Qol.Az-ın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunan məbləğ idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərlə bağlı xərclərə ayrılacaq.

2015-ci ildə dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 347,7 milyon manat vəsait ayrılıb. Bu, 2014-cü illə müqayisədə 36,3 milyon manat və yaxud 11,7 faiz, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən isə 72,8 milyon manat və ya 26,5 faiz çoxdur.

Qaynar.info