Xəbər lenti

"Bakıda FHN-in rəyi olmadan istismara verilən 100-ə yaxın bina var" - Abid Şərifov
Ölkə11:56 23.06.2016

"Bakıda FHN-in rəyi olmadan istismara verilən 100-ə yaxın bina var" - Abid Şərifov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi olmadan istismara verilən binaların sayında ciddi azalma müşahidə olunur.

APA xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

Baş nazirin müavini deyib ki, təkcə Bakı şəhərində 6-7 ay bundan öncə bu cür binaların sayı 300-ə yaxın olub: "Bu məsələ Nazirlər Kabinetində aidiyyatı qurumların nümayəndələri ilə keçirilən görüşdə müzakirə olundu və görülən tədbirlər nəticəsində hazırda bu cür binaların 100-ə enib. Bu istiqamətdə ciddi işlər aparılır. Bu sahədə problemlər var. Məsələn, bəzi binalar yarımçıq tikilib, bəzilərinin lifti yoxdur, digərlərində başqa çatışmazlıqlar var".

Qaynarinfo.az