Xəbər lenti

"Baku-Bus"un vurduğu kişi öldü
Ölkə14:30 22.06.2015

"Baku-Bus"un vurduğu kişi öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün "Baku Bus"un avtobusu yenidən qəza törədib. 

anspress-in məlumatına görə, bu dəfə hadisə "Nizami" metrosu yaxınlığında qeydə alınıb.

Metro yaxınlığında "Baku-Bus"un səlahiyyətində olan "İveco" markalı avtobus yol kənarında dayanan kişini vurub.

Ağır bədən xəsarətləri alan 50 yaşlı Üzeyir adlı kişi Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info