Xəbər lenti

"BakuBus"un ilk avtobusu bu xətt üzrə hərəkət edəcək
Ölkə12:59 05.09.2015

"BakuBus"un ilk avtobusu bu xətt üzrə hərəkət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“BakuBus” ilk marşrut xəttini istifadəyə verəcək. Anspress xəbər verir ki, bu marşrut xətti sentyabrın 7-dən etibarən sərnişinlərə xidmət göstərəcək.
İlk 1 nömrəli marşrut xətti 28 MAY m/st – KOROĞLU m/st istiqaməti üzrə hərəkət edəcək. Yeni marşrut xəttində gediş haqqı 0.20 AZN olacaq. Sərnişinlərin sıxlıq təşkil edəcəyi dayanacaqlarda BakuKart terminalı olacaq.
Sərnişinlərə xidmət göstərəcək “Bakubus” avtobusları
"BakuBus" bu il iyunun 10-dan etibarən Hava Limanı-28 May metrostansiyası və əks istiqamət üzrə "EKSPRESS XƏTT"ini istifadəyə verib. Bu xətt üzrə işləyən marşrutlarda gediş haqqı 1,50 AZN təşkil edir. Ödəniş kart sistemi ilə həyata keçirilir. 
Avtobuslar 28 May metrostansiyası çıxışındakı dayanacaqlarda 30 dəqiqə intervalla 24 saat sərnişinlərə xidmət göstərir.
Avtobusun hərəkət edəcəyi marşrut xətti
"BakuBus" MMC Azərbaycan Nazirlər Kabinetinin 3 aprel 2014-cü il 92 nömrəli qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımalarının yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub.
Qaynar.info