Xəbər lenti

"Bandotdel" Heydər Babayevin obyektində əməliyyat keçirdi - direktor həbs edildi
Ölkə10:49 18.02.2016

"Bandotdel" Heydər Babayevin obyektində əməliyyat keçirdi - direktor həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Çudo peçka" şirkətinin icraçı direktoru həbs edildi.

Daxil olan məlumata görə, dünən şirkətin 7-ci mikrorayon ərazisində yerləşən baş ofisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib.

Maskalı əməliyyatçılar ofisə daxil olaraq şirkətin icraçı direktoru olan Azad adlı şəxsi qandallayıb. Məlumatda deyilir ki, onun həbsi gömrük nəzarətindən keçməyən 7000 ədəd İphone telefonu ölkəyə gətirməsidir.

Məsələ ilə bağlı şirkətdən məlumat almaq mümkün olmadı.

Qeyd edək ki, "Çudo peçka" sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur./criminal.az

Qaynar.info