"Bavariya"nın prezidenti Karl-Hayns Rummeniqe baş məşqçi Pep Qvardiolanın komandadakı taleyi ilə bağlı açıqlama verib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, təcrübəli mütəxəssislə müqavilənin yeniləyib-yenilənməyəcəyi ilə bağlı qərarı hələ vermədiklərini deyib:
"Qvardiolanın "Bavariya"dakı gələcəyi qeyri-müəyyəndir. Müqavilə yenilənib-yenilənməyəcəyi barədə mövsümün sonu danışacağıq. Qvardiola ilə bununla bağlı razılığa gəlmişik".
Qeyd edək ki, P.Qvardiolanın yeni mövsüm başa çatdıqdan sonra "Mançester Siti"ni çalışdıracağı iddia edilir.
Qaynar.info