Gəncə Dövlət Universitetindən gələn aramsız şikayətlərlə bağlı jurnalist araşdırması
«Müəllim tələbələrin imtahanda verdiyi cavabları hamının gözü qarşısında cırdı, sonra hamı pul verib qiymət aldı…»
Uzun müddətdir ki, Gəncə Dövlət Universitetindən (GDU) "
Bizim Yol"qəzetinin redaksiyasına məktublar gəlir. Məktublardakı imzalar bir qrupmüəllimə və tələbələrə aiddir. Məsələni yerində araşdırmaq üçün Gəncəşəhərinə yollandıq. Əvvəlcə Gəncə Dövlət Universitetinin əsas korpusundaolduq. İlk söhbətləşdiyimiz xanım isə məzun olduğu və hazırdamagistraturada oxuduğunu bildirdi. Dediyinə görə, diplomu almaq üçün 5manat "şirinlik" verib. Rüşvət verməməyə çalışıb, amma cəhdləri faydasızqalıb.
Universitetin qarşısında əlindədiplomla dayanıb söhbət edən bir neçə məzundan diploma görə "şirinlik"verib-vermədiklərini soruşduqda: "Göy onluq istədilər" -dedilər.
GDU-nun qızıl dövrü
"Mənartıq magistraturadayam deyə hal-hazırda universitetdə vəziyyətin necəolduğunu dəqiq deyə bilmərəm. Ancaq eşitdiklərimə görə, oxuyan tələbəqiymət alır, oxumayan isə pul verir qiymətini yazdırır". Bu sözlərideyən xanım sabiq rektor Yadigar Əliyevlə indiki rektor Yusif Yusibovunidarəçiliyi arasında müqayisə apardı: "Yadigar müəllimin dövründətələbəliyin nə olduğunu anladıq. Bəlkə də eşitmisiniz, Yadigar müəlliminrektor olduğu zamanı universitetdə "qızıl dövr" adlandırırlar. Yadigarmüəllim tam fərqlidir. O tələbələrlə həm ayrı-ayrılıqda, həm də biryerə toplayaraq danışırdı, universitetdəki vəziyyəti araşdırırdı.Yaranmış hər bir problemi də vaxtında həll edirdi". Magistr rüşvəthallarının əsasən universitetin üçüncü korpusunda baş verdiyini dədedi.
Norma - oxumayan pul verir
Beləliklə,yollandıq GDU-nun üçüncü korpusuna, orada təhsil alan bir neçə tələbəilə söhbətləşdik. Müsahiblərimiz Tərcüməçilik fakültəsinin 3-cü kurstələbələri Elçin Hüseynov və onun qrup yoldaşı Xəyal oxuyan tələbəninözünün imtahan verib, qiymət ala bildiklərini dedi: "Oxumayan da pulverir yazdırır. Bu tək burada belə deyil ki, ölkənin bir çoxuniversitetlərində belədir". Tələbələr əsas çətinliyin imtahanlarınyazılı şəkildə aparılmasına görə yarandığını bildirdilər: "İmtahantestlə götürüləndə daha rahat olur, yazılı şəkildə aparılması isə dahaçox vaxt alır".
Danışdığımız digər tələbələrdə, o cümlədən diplomunu universitetdən götürməyə gələn məzunlar daimtahanların aparılma formasının tez-tez dəyişdirilməsindəngileyləndilər.
Universitetin tərbiyəvi işləriüzrə prorektoru, redaksiyamıza daxil olan hər məktubda adı hallanan AsifCavadovla da görüşdük: "Beş ildir ki, imtahanların formatı dəyişmir,ancaq test şəklində aparılır imtahanlarımız" - deyə prorektornarazılıqlara münasibət bildirdi.
- Elə bugün qarşılaşdığımız bütün tələbələr imtahanların formatının tez-tezdəyişdirildiyini deyirlər. Sizcə bu qədər təsadüf olarmı?
- Yox, indi arada bir dəyişir. Ancaq hazırda imtahanlar test şəklində aparılır.
-Tələbələrin sözlərinə görə, imtahandan kəsiri olanlar qiyməti pulmüqabilində rahat şəkildə yazdıra bilirlər. Bununla bağlı nə deyəbilərsiniz?
- İmtahan yoxdur axı, kimdən indi pul yığa bilər müəllimlər?
- Bu ay imtahan yoxdur. Ancaq Yadigar Əliyevin rektor vəzifəsindən azad edildikdən sonra bunun adət halına düşdüyünü deyirlər.
- Yusif müəllim gələndən hər iclasda müəllimlərə tələbələrə qarşı kobudluq etməmələri və məqsəd
güdməmələrini tapşırır. Belə bir hal ola bilməz. Dövlətdən aldığı maaşı itirmək qorxusu olan müəllim heç vaxt bunu edə bilməz.
Prorektor qəzet redaksiyalarına göndərilən məktubların məqsədli şəkildə yazıldığını qeyd etdi:
-Universitetin inkişafını gözü götürməyənlər bunu edirlər. Mənə dədeyirlər ki, guya rüşvət alıram. Rüşvəti mən burada necə ala bilərəm?Mənim burada yeganə marağım ondan ibarətdir ki, nə olur olsununiversitetimizin işi getsin!
- "Nə olurolsun" dedikdə nəyi nəzərdə tutursunuz? - sualından yayınaraq A.Cavadovaldığı əmək haqqını belə universitetdə keçirilən tədbirlərə xərclədiyinibildirdi.
Maraqlıdır, bəs tədbirlər üçün nəzərdə tutulan vəsait hara xərclənir?...
Onuda qeyd edək ki, müsahibimiz verilən suallara birbaşa cavab verməkdənyayınaraq, bunun əvəzində tez-tez qarşılıqlı suallar verirdi. Belə ki,kəsiri olan tələbələrin pul müqabilində qiymət aldıqları ilə bağlı sualıverərkən, prorektor nədənsə mediada işləyən bəzi dırnaqarasıjurnalistlərdən bəhs etməyə başladı:
- Sondövrlərə qədər jurnalistlərə çox böyük hörmətim vardı. Onları müqəddəsbir varlıq hesab edirdim. Lakin əfsuslar olsun ki, onların obyektivliyiqorumadığını gördükdə rəğbətim get-gedə itir.
- Bunun kəsirlərə görə pul verən tələbələrlə hansı əlaqəsi var?
-Bilirsiniz, yəni onu demək istəyirəm ki, jurnalistlər müxtəlif olduğukimi, tələbələr də müxtəlif olur. Burada beş min tələbə oxuyur.Hamısının fikri siz deyən kimi deyil ki!" - deyən prorektor nədənsəuniversitet haqqında yaxşı sözlər deyən tələbənin sözlərini təsdiqetdiyi halda, həmin tələbənin universitetin mənfi məqamlarını daaçıqlarkən onların böhtan atdığını deyirdi. Nəticə etibarı ilə müsbətməqamları qəbul edir, mənfi məqamları yaxına buraxmırdı.
"Tələbələr indi rahatdırlar ki, pul verəcəyik, qiymətimizi alacağıq"
Hal-hazırdason kurslarda oxuyan bir tələbənin sözlərinə görə, Y.Əliyevin dədövründə imtahan verməkdə çətinlik çəkən tələbələr olub: "Yadigarmüəllim güzəştə gedirdi. Oxumayan da artıq oxumağa başlayırdı. Oxuyabilməyənlər əlindən gələni edirdi ki, heç olmasa kafi qiymət alsınlar.Ancaq indi oxumayan onsuz da rahatdır ki, pulunu verib qiymətiniyazdıracaq. Hal-hazırda onlar üçün narahatçılığa bir lüzum yoxdur".
Bu məqamı da A.Cavadovla müzakirə etdik:
-Ümumiyyətlə universitetin hansı tələbəsinə yaxınlaşıb Y.Əliyevin adınıçəkdikdə onların üzündə səmimi bir təbəssüm yaranır və canla-başla sabiqrektorun fəaliyyəti haqqında çox pozitiv şəkildə danışmağa başlayırlar.Siz sabiq rektorun fəaliyyəti haqqında nə deyə bilərsiniz?
-Nə deyim, burada işləyən müəllim heyəti, kollektivimiz sanki birailədir. Hamı eyni məqsəd üzərində işləyir. O da bizdən biridir. Onunuğuru bizim uğurumuzdur". Burada xatırladım ki, bundan əvvəl AsifCavadov "Bizim Yol" qəzetinə açıqlamasında sabiq rektoru "rüşvətxor" adlandırmışdı.Prorektorla birgə rektor Yusif Yusibovun qəbulunda olarkən də eynimənzərə təkrarlandı. Rektor şikayət məktublarını keçmiş rektor YadigarƏliyevin qohum-əqrabasının işi adlandırdı. Asif müəllim də dərhal onunfikirlərini təsdiqləməyə başladı.
Universitetdərüşvət hallarına gəldikdə, rektor Y.Yusibov belə bir neqativ hallarınbaş verdiyini təkzib etmədi: "Bu hallar bizim bir çoxuniversitetlərimizdə yaşanır. Mən özüm Bakı Dövlət Universitetindən buragəlmişəm. Orada bu hallar daha çoxdur. Tərəfimizdən müvafiq tədbirlərgörülür ki, bu problemin qarşısı alınsın. Elə müəllimlər var ki, misalüçün bir əlini yığırsan, o biri əli açılır. Onu yığırsan başqa bir əliaçılır. Bunu inkar etmirik. Sadəcə bütövlükdə bu problemin qarşısınıalmaq təbii ki, müəyyən bir vaxt tələb edir" - deyən rektor hazırdauniversitetdə dərs deyən bir müəllim haqqında şikayət daxil olduğunumisal çəkdi: "Şikayət var. Ancaq hələ ki, müəllimin adını açıqlamırlar.Müəyyən bir vaxtdan sonra biz bunu araşdırıb, müvafiq tədbirlərgörəcəyik". Rektor tələbələrin hələ müəllim heyətinə tam etibaretmədiyini açıqladı. Y.Yusifov həmin müəllimə xəbərdarlıq olaraq ilköncə töhmət verəcəyini, daha sonra belə bir halın yenidən təkrarlanacağıtəqdirdə, aidiyyatı orqanlara müraciət edib, cinayət işi qaldıracağınıbizə söz verdi.
Rektor universitetin inkişafıhaqqında da danışdı: "Bir çox xarici universitetlərlə əlaqə saxlayırıq,müqavilələr bağlamışıq. Bu müqavilələr əsasında müəyyən layihələrçərçivəsində tələbələri və
müəllimləri xaricə göndəririk".
""Erasmus"layihəsi çərçivəsində hal-hazırda 10 tələbəmiz Avropanın müxtəlifölkələrinin universitetlərində təhsil alırlar. Buraya Fransa,Portuqaliya, İtaliya, Finlandiya və Polşa daxildir. Başqa bir proqram -"Tempus" proqramı çərçivəsində keçirilən layihədə müəllimlərimiziPolşaya, Portuqaliyaya və Hollandiyaya göndərmişdik. Sentyabr ayında isəmüəllimlərimiz Yunanıstanda, Avstriyada və Polşada olublar. Məqsəd isəorada görülən metodikaları burada universitetimizdə tətbiq etməkdir" -deyə universitetin elmi işləri üzrə və universitetin beynəlxalqəlaqələri üzrə çalışan Pərvin Kərimzadə bildirdi.
GDU-da müəmmalı məqamlar necə araşdırılır?
Diplomaalınan "şirinlik"lə bağlı A.Cavadovdan soruşuq. Bunu eşidən prorektortəhsil şöbəsi ilə əlaqə saxlayıb diplomların kim tərəfindən verildiyiilə maraqlandı. Dəstəyin o biri tərəfindən alınan cavaba görə bu işləQüdrət Verdiyevin məşğul olduğu məlum oldu.
- Məzunlardan "şirinlik" istəyəniniz olub?- prorektorun uzun fasilə ilə susduğundan, dəstəyin digər tərəfindəcavab verən şöbə işçilərindən birinin uzun-uzadı nəyisə izah etməyəçalışdığı anlaşılır. - Rektor bu günki iclasda hamınıza tapşırdı ki,belə bir şey qətiyyən olmasın! - deyə prorektor danışdığı şəxsəbildirir.
Universitetin rəsmi internetsaytında yer alan məlumata görə, Q.Verdiyev 1967-ci ildən GDU-dametodist vəzifəsində çalışır. Q.Əliyev edilən zəng zamanı yerindəolmadığından A.Cavadov məsələ ilə bağlı araşdırma aparacağını bildirdi.
Görüşdən bir neçə saat sonra prorektor aparılan araşdırma haqqında məlumat verdi:
-Bu gün 11 məzuna diplom verilib. Onlardan 5 nəfəri müəllimlərimizinövladlarıdır. Onlar da pul verəsi deyillər ki! Biri "şirinlik" olaraq,iki ədəd "Snikers" şokoladı verib, onu da şöbədəki qızlara veriblər.Digər dörd nəfər Kəlbəcərdən olan məcburi köçkünlərdir".
- Demək, belə bir halın olmasına ehtimal böyükdür ki, rektor dəfələrlə bunu müvafiq işçilərə tapşırır.
-Yox, ehtimal yoxdur. Sadəcə insanıq. Neqativ hallar bəzən baş verir.Qüdrət müəllim özü də jurnalı gətirdi, baxdım. İstəyirsinizsə gedək sizdə jurnala baxın. Jurnalda diplom alanların imzaları da var.
-Məzunların "şirinlik" verməsi haqda jurnalda təbii ki, heç bir məlumatqeyd edilməyəcək, Asif müəllim. Araşdırmalarınız yalnız bu şəkildəaparılıb beləcə də bitirmi?
Əfsuslar olsunki, bu suala birbaşa cavab ala bilmədik. Məsələni rektor Y.Yusibovla damüzakirə etdik. Amma problem həll olunmamış qaldı. Belə ki, A.Cavadovbir daha araşdırma prosesində jurnala baxdığını, diplomların kiməverildiyini qeyd edərək: "İşini itirmək qorxusu olarkən, işçilər beləbir addım atmazlar" - deməklə kifayətləndi.
Söhbətləşdiyimiztələbələrin arasında məktubda adı hallanan Telli Cabbarova haqqında dabəzi məlumatlar aldıq. Tələbənin sözlərinə görə, 1-2 il öncə T.Cabbarovadərs dediyi Psixologiya fənnində keçirilən imtahana verilən cavablarıyığaraq tələbələrin gözü qarşısında cırıb: "Heç cavabları oxumadangötürdü cırdı. Sonra da hər tələbədən 30-40 manatdan pul yığıldı, dekanaverildi. Bununla da hamı imtahandan keçdi". Tələbə imtahan verənlərin21 nəfər olduğunu və pul yığmağın dekanın öhdəsinə düşdüyünü qeyd etdi.Söhbət zamanı bir tələbənin T.Cabbarovadan şikayət etdiyi və sonundaonun xoşagəlməz hallarla qarşılaşdığı məlum oldu.
Bundanbaşqa magistraturaya hazırlaşan tələbələr 70 manatdan yığıb dekanlığaverdikləri və bu yolla rahat magistraturaya hazırlaşdıqları da məlumoldu.
"Hazırkı rektor da yaxşıdır. Misal üçün,evdə dolayı yolla təhsilimə gəlib çıxacaq bir problemim vardı. Onlarayaxınlaşdım, mənə canla-başla bu problemin həllində köməklik etdilər" -deyən tələbə GDU-da nə vaxtsa rüşvətin qarşısının alınacağınınqeyri-mümkün olduğunu bildirdi: "Rüşvət artıq burada kök atıb. Heçinanmıram ki, nə vaxtsa buna son qoyulsun...".
Qeyd: Söhbətləşdiyimiz tələbələrdən bir çoxu problem yaşamamaq üçün adının açıqlanmamasını xahiş etdi.