Xəbər lenti

"BDU-nun həyətində Rəsulzadənin heykəli ucaldılacaq!" - REKTOR
Ölkə08:30 13.12.2013

"BDU-nun həyətində Rəsulzadənin heykəli ucaldılacaq!" - REKTOR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Xalq cümhuriyyətinin yaradıcılarının adları əbədiləşdirilməlidir. Onlara heykəllər ucaldılmalı və barələrində kitablar yazılmalıdır". 

Anspress-in verdiyi xəbərə bunu, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov jurnalistlərə açıqlamasında söyləyib. A.Məhərrəmov, Məhəmməd Əmin Rəsulzadə üçün Universitetin həyətində heykəl ucaldılmasının vacibliyini də bildirib: "M.Ə.Rəsulzadənin universitetin həyətində heykəl uçladılması onun adının universitetdə mövcud olması deməkdir". 

A.Məhərəmov Bakı Dövlət Universitetinin yaranmasında Xalq Cümhuriyyəti liderlərinin rolunun böyük olduğunu da bildirib: "Məhəmməd Əmin Rəsulzadə Universitetin yaranmasında tarixi xidmətlər göstərib". 

A. Məhərrəmli Bakı Dövlət Universitetində M,Ə.Rəsulzadənin anım tədbirlərinin və konfransaların keçirilə biləcəyini də qeyd edib. 

Qaynar.info