Xəbər lenti

"Beşiktaş" oyun keçirmək üçün Bakıya gəlir - RƏSMİ
İdman06:22 13.12.2016

"Beşiktaş" oyun keçirmək üçün Bakıya gəlir - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Beşiktaş" klubu Azərbaycana gələcək. Qaynarinfo.Az xəbər verir ki, bu barədə klubun prezidenti Fikrət Orman açıqlama verib.
"Bursaspor"un klub televiziyası olan AS TV-yə bağlanan Fikrət Orman əvvəlcə Bursa təmsilçisi ilə şəhidlərin xatirəsinə həsr olunmuş yoldaşlıq oyunu ilə bağlı təklifə münasibət bildirib, daha sonra Azərbaycana gələcəklərini açıqlayıb: 
"Belə bir təklifə görə, "Bursaspor"un prezidenti Ali Ay və azarkeşlərinə təşəkkür edirəm. Bu oyunun "Bursaspor"un stadionunda keçrilməsini istəyirik. Amma təbii ki, əvvəlcədən hazırlanmış proqramlar var. "Beşiktaş"ın Azərbaycanda özəl oyunu planlaşdırılıb. Hələ tarix dəqiqləşməyib. Yanvarın 12-si tarixi müzakirə olunur. Həmin vaxta qədər Antalyada olacağıq. Biz qarşı tərəflə Azərbaycandakı matçın tarixini bu gün dəqiqləşdirməyə çalışacağıq". 
Qaynarinfo.Az