
İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli Türkiyə çempionu "Beşiktaş"a keçə bilər.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə "Beşiktaş"ın prezidenti Fikrət Orman açıqlama verib: "Onu komandamda görməyi çox istəyirəm. Problemli kimi görünür, amma meydançadan kənarda 10 nömrə adamdır".
Orman əvvəllər də intizamsızlığı ilə tanınan qaradərili futbolçuların "Beşiktaş"da oynadığını və azarkeşlərin sevimlisinə çevrildiyini bildirib: "Azarkeşimizin sevəcəyi tipdə bir ulduzdur. Çox misallar var. Mənim ağlıma ilk gələnlər Paskal Numa və Deniel Amokaçidir... Böyük maraqla qarşılanacağından adım kimi əminəm. Biz Balotelli üçün əlimizdən gələni edib, onun problemli tərəfini də rəhbərlik, azarkeş, baş məşqçimizlə birgə həll edə bilərik. Türkiyədəki maraqla əlaqədar dəyişə bilər deyə düşünürəm. Qısası, onu istəyirik, özü də bura gəlmək istəyir".
Qeyd edək ki, valideynləri Qanadan olan İtaliya doğumlu Mario Balotelli İngiltərənin "Liverpul" klubuna məxsusdur. Ötən mövsümü İtaliyanın "Milan" klubunda icarə əsasında çıxış etmiş 25 yaşlı hücumçunun "Beşiktaş"a da eyni qaydada keçəcəyi gözlənilir.
Qaynarinfo.Az