Xəbər lenti

"Biz Azərbaycanla əlaqələri dərinləşdirəcəyik" - İvanişvili
Ölkə13:45 30.05.2016

"Biz Azərbaycanla əlaqələri dərinləşdirəcəyik" - İvanişvili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın keçmiş baş naziri, "Gürcü arzusu" partiyasının təsisçisi Bidzina İvanişvili Azərbaycanla münasibətləri dərinləşdirməyə çağırıb.

"Report" "Sputnik-Qruziya"ya istinadən xəbər verir ki, bu barədə B.İvanişvilinin açıq məktubunda deyilir.

"Biz Gürcüstanın maraqlarına toxunmadan, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, biz mühüm partnyor və dostlarımız - Türkiyə, Azərbaycan və Ermənistanla əlaqələrimizi dərinləşdirəcəyik", - məktubda deyilir.

Keçmiş baş nazir vurğulayıb ki, Gürcüstan üçün xarici kurs və oriyentir - birmənalı olaraq Avroatlantik istiqamətdir. 

"Biz yaxşı anlamalıyıq ki, Gürcüstanın Avropa İttifaqına qəbulu məsələsi yaxın gələcəkdəki gündəlikdə yoxdur. Biz NATO-ya üzv olmaq üçün də müəyyən vaxt gözləməliyik, çünki bu mürəkkəb geosiyasi prosesin bir hissəsidir və bizim arzumuz və hazırlığımızdan asılı deyil", - B.İvanişvili yazır.

Qaynarinfo.az