Xəbər lenti

"Biz belə şəraitə hazır deyilik" - DYP rəsmisi
Ölkə10:15 04.02.2014

"Biz belə şəraitə hazır deyilik" - DYP rəsmisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yol nəqliyyat hadisələrinin artımı müşahidə olunur.

Qaynar.info məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun fikirlərini öyrənib.

V. Əsədov Qaynar.info-ya açıqlamasında bildirib ki, qəzaların sayı əvvəlki illərə nisbətən azalıb: "Yol Nəqliyyat hadisələri azalıb. Əvvəlki illərə nisbədən bu il qarlı, şaxtalı havalarda daha az nəqliyyat hadisəsi baş verib. Ötən il yanvar ayında qarlı-şaxtalı hava olan bir gündə 38 qəza müşahidə olunmuşdusa, bu il bir gündə 26 yol nəqliyyat hadisəsi müşahidə olunub. Bunun da başlıca səbəbi şaxtalı havada avtomobil idarə etməsinə uyğunlaşmayan sürücülərin şəxsi avtomobildən istifadə etməməsidir. Ancaq bütün günlərdə qarlı, şaxtalı hava ilə müşahidə olunan günlərdə, digər günlərə nisbətən daha çox nəqliyyat hadisəsi oub. Bunun da başlıca səbəbi yol və metroloji şəraitin düzgün qiymətləndirilməməsidir". 

Baş verən hadisələrin səbəblərinə gəlincə, V. Əsədov bildirib ki, bunun səbəbi hazırlıqsız olmaqdır: "Gəlin etiraf edək ki, biz belə şəraitə hazır deyilik. Çünki bizdə belə hava şəraitləri çox az müşahidə olunur. Bunu açıq etiraf etməliyik. Ancaq sürücülərimiz çox peşəkardır. Bəzi yaxşı sürməyi bacarmayan sürücülər də var, amma ictimai nəqliyyat sürücülərinin içində peşəkarlar çoxdur. Ona görə sürücülərə müraciət edirəm ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər". 

Pərviz

Qaynar.info