Xəbər lenti

"Bordyujanın bəyanatı aparılan danışıqların ruhuna tam ziddir" - deputat
Ölkə11:51 30.12.2016

"Bordyujanın bəyanatı aparılan danışıqların ruhuna tam ziddir" - deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Belə təəssürat yaranır ki, Ermənistan rəhbərliyi Bordyuja ilə birlikdə ölkəmizə təxribat planı hazırlayıblar". 

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib: 

Bordyujanın DQ-lə baglı verdiyi bəyanat və atəşkəsin pozulmasına  görə ad çəkməsə də, Azərbaycanı ünvan  kimi göstərməsi də bəzi məsələlərə aydınlıq gətirir. Sanki belə təəssürat yaranır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Bordyuja ilə birlikdə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində, yəni Tovuz rayonu ərazisində ölkəmizə qarşı düşünülmüş hərbi təxribat planı hazırlayıblar. Çünki sərhəd bölgəsində silahlı insident baş tutan kimi, dərhal Bordjyue Ermənistanın KTMT tərəfindən müdafiə olunacağını bildirdi və DQR ifadəsini işlətdi. Bu bəyanat Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin 5-ci dərəcəli nümayəndəsinin əvvəllər verdiyi bəyanatla  üst-üstə düşür. Sual olunur Bordyujanın belə bir səviyyəyə enməsinə səbəb nədir? Niyə o erməni separatçılarının sözçüsü qismində çıxış edir?

Sonda onu da qeyd etmək lazımdır ki, Bordyujanın bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların ruhuna tam ziddir. Ən başlıcası isə bu gün Azərbaycanla Rusiya arasında mövcud olan dostluq və stateji tərəfdaşlıq prinsiplərinin əleyhinədir və onunla bir araya sığmır. Ümid edək ki, Rusiyanın müvafiq qurumları Baş Katibin dostluğumuza xələl gətirə biləcək bu addımına adekvat qiymət verəcəklər".

Qaynarinfo.Az