
Avqustun 1-də nikah bağlamaq istəyi baş tutmayan Müsavat Partiyasının üzvü Nigar Yaqublu bu gün yenidən evlənməyə cəhd edəcək.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə müsavatçı xanım "Facebook" statusunda yazıb: "Bu gün evlənməyə yenidən cəhd edəcəm. Ədliyyə Nazirliyi nikahın icrasını Xəzər Rayon Qeydiyyat Şöbəsinə yonəldib. ASAN Xidmətdən sənədlər qeydiyyat şöbəsinə göndəriləcək. Saat 14:00-da qeydiyyat şöbəsində olacağıq. Oradan da onların əməkdaşları ilə birgə 17 saylı Cəzaçəkmə Müəssisəsinə gedəcəyik.
P.S Seymurla indi danışdım. Əhvalı əladır. Dünənki hadisələrə xeyli gülmüşük".Qeyd edək ki, avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikahı bağlanmalı idi. Nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutmalı olsa da, ASAN Xidmətun əməkdaşları onların 10 dəqiqə kecikmələrini səbəb gətirərək, nikahı bağlamaqdan imtina edib.
Qızılgül
Qaynarinfo.Az