Xəbər lenti

"Bu il neftin qiyməti 60 dolları keçməyəcək" - Natiq Əliyev
Ölkə08:16 23.05.2016

"Bu il neftin qiyməti 60 dolları keçməyəcək" - Natiq Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya bazarında neftin qiyməti bu il ərzində 60 dollar həddini keçməyəcək. Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev ANS-də yayımlanan "Hesabat" verilişində müsahibəsində bildirib.

"Dohada neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı keçirilən görüşdə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, neftin qiyməti qalxmağa başladı və 49 dollar/bareli keçib. Hesab edirəm ki, qiymət ilin axırına kimi bir az artacaq. Amma bu il neftin qiyməti 60 dollar/bareli keçməyəcək. Çünki 60 dolar/bareli keçən kimi yenidən başqa proseslər baş verəcək və artıma imkan verməyəcək", - deyə N.Əliyev qeyd edib.

Nazir əlavə edib ki, bu il neftin qiymətinin kəskin sürətdə artımı gözlənilmir.

N.Əliyev 2017-ci ildə neftin qiymətinin daha 5-10 dollar bahalaşa biləcəyini hesab edir.

Qaynarinfo.az