Xəbər lenti

"Bu, prezidentin iradəsinə zidd addımdır" - Anar Niftəliyev
Ölkə09:43 30.06.2014

"Bu, prezidentin iradəsinə zidd addımdır" - Anar Niftəliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Jurnalistlərin xüsusi ittiham qaydasında məhkəməyə verilməsi Azərbaycana qarşı təxribatdır".

Bunu Qaynar.info-ya açıqlamasında Axar.az saytının baş redaktoru Anar Niftəliyev müğənni Mətanət İsgəndərovanın Nərimanov Rayon Məhkəməsində AzNews.az xəbər saytının baş redaktoru Elchin Zahiroğlu və media orqanının əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya münasibət bildirərkən deyib. 

Baş redaktorun sözlərinə görə, bu, həmçinin ölkə başçısı İlham Əliyevin iradəsinə zidd addımdır: "Prezidentin iradəsinə zidd addım və hazırda ATƏT PA-nın Bakıda keçirilən və 53 ölkədən 500 nümayəndənin iştirak etdiyi sessiyası zamanı xüsusi ittiham qaydasında jurnalistin məhkəmə prosesinin keçirilməsini Azərbaycana qarşı təxribat sayıram".

Xatırladaq ki, bugünkü prosesdə Axar.az saytının baş redaktoru Anar Niftəliyev çıxış üçün məhkəmədən söz istəyib. Hakim jurnalistə söz verməyərək, onu zaldan çıxarılacağı ilə hədələyib. Anar Niftəliyev hakimin bu davranışına etiraz olaraq məhkəmə zalını özü tərk edib. 

Qaynar.info