Xəbər lenti

"Bu region üçün böyük təhlükə mənbəyidir" - İlham Əliyev
Ölkə14:28 21.01.2015

"Bu region üçün böyük təhlükə mənbəyidir" - İlham Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin federal kansleri Angela Merkellə görüşüb. Qaynar.info xəbər verir ki, görüşdən sonra İlham Əliyev və Angela Merkel mətbuat üçün açıqlama ilə çıxış ediblər. 
İlham Əliyev Almaniyaya səfərə dəvət üçün Angela Merkelə təşəkkür edib: “Siz qeyd etdiyiniz kimi bu şərəfli əlaqələrimzin gündəliyi çox genişdir və bu gün çox açıq və səmimi şəkildə bu məsələləri müzakirə etdik. Siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Əminəm ki, mənim səfərim bizim siyasi əlaqələrimizin inkişafına təkan verəcək. Siyasi əlaqələr bütün digər sahələrə də müsbət təsir göstərir".
İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan İlham Əliyev deyib ki, Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir: "Biz onların fəaliyyətini dəstəkləyirik. Gələcəkdə həm podratçı və investor kimi alman şirkətləri Azərbaycanda daha çox işlər görə bilərlər. Azərbaycan iqtisadiyyat dinamik inkişaf edir. Azərbaycanda çoxsaylı infrastruktur layihələri icra edilir və alman şirkətlərinin ölkəmizdəlki fəaliyyəti uğurla davam etdiriləcək".
İlham Əliyev görüş zamanı həmçinin regional təhlükəsizlik məsələlərinə toxunulduğunu bildirib: “Ermənistan-Azərbaycan-Dağlıq Qqarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu həm Azərbaycan, həm də region üçün böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini Ermənistan işğal edilib. Bir milyon azərbaycanlı işğaldan əziyyət çəkir. Beynəlxalq təşkilatlar, ilk növbədə BMT tərəfindən 4 qətnamə qəbul edilib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə olaraq status-kvonu olduğu kimi saxlamaq istəyir. Bu münaqişə beynəlxalq hüquq, norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".
Mekel isə öz növbəsində deyib ki, Azərbaycan prezidenti ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".
Almaniya kansleri görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr apardıqlarını qeyd edib. 
Qaynar.info