
"2017-ci ilin büdcə zərfinin Parlamentə noyabr ayının 15-də təqdim edilməsi ciddi qanun pozuntusudur".
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Rövşən Ağayev bildirib ki, "Büdcə sistemi haqqında" Qanunun 13-cü maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir.
Ekspert vurğulayıb ki, Lakin bu dəfə bir ay gec verilib."Qanunun tələbləri aşkar pozulmaqla bir ay ləngimə". Bunun izahını Maliyyə Nazirliyi verəcəkmi?
Qaynarinfo.Az