Xəbər lenti

"Bunu etsək, insanlar işləməkdən yorular" - Səlim Müslümov
Ölkə10:00 29.03.2017

"Bunu etsək, insanlar işləməkdən yorular" - Səlim Müslümov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kənd təsərrüfatı sahəsində əhalinin işlək təbəqəsinin 36,7 faizi formalaşıb. Onları əməyə cəlb etmək lazımdır".

"Qaynar" azvision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, lazım olsa, onlar üçün verilən ünvanlı sosial yardımın məbləğini artırmaq olar: "Vətəndaşlara kifayət qədər vəsait vermək mümkündür. Bunun üçün imkanlar var. Lakin bu deqradasiyaya gətirib çıxara bilər. Bununla insanlar işləməkdən yorularlar".

O qeyd edib ki, bu gün Avropa ölkələrində kənd təsərrüfatına çox böyük dotasiyalar verilir və Azərbaycanda da bu sahənin inkişafı üçün tədbirlər görülür: "Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən böyük üzüm sahələri salındı. Ancaq 80-ci illərdə Qorbaçov tərəfindən alkoqolizmə qarşı mübarizə adı altında bütün üzüm sahələri məhv edildi. Bu gün 100 ha üzüm sahəsi salmaq üçün 1 milyon dollardan çox vəsait lazımdır".

Qaynar.Az