Xəbər lenti

"Camaatı bir-birinin belinə mindirmisən"
Ölkə05:45 23.09.2013

"Camaatı bir-birinin belinə mindirmisən"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Hacıbala Abutalıbov Azərbaycan xalqına Əkrəm Əylislidən də böyük ziyan vurub. Biri yazdığı kitabla, biri də xalqın evini başına uçurmaqla ona ziyan vurur. Bu xalq sizə nə edib axı?”

Bu sözləri AzNews.az-a açıqlamasında əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov deyib.

Ə.Mahmudbəyov “Qış” Bulvarının tikintisi zamanı zədələnmiş evinə görə kompensasiya ödənilməsi üçün hələ də Bakı Şəhər İcra Hakimiyyətindən əl çəkmir.

Ə.Mahmudbəyov deyib ki, o, ömrümdə H.Abutalıbov kimi məsuliyyətsiz ikinci bir məmur tanımır: “Mənim evimi uçurmusan, Bakını şəhərsalma adı ilə tıxacxana eləmisən, camaatı bir-birinin belinə mindirmisən, heç olmasa uçurduğun evimin pulunu ver də”.

Qaynar.info