Xəbər lenti

"CBC Sport" "Qarabağ"ın İsveçdəki oyununu verməkdən imtina etdi
Ölkə19:59 16.08.2016

"CBC Sport" "Qarabağ"ın İsveçdəki oyununu verməkdən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

CBC Sport telekanalı bəyənat verib.

Qaynarinfo.Az-ın məlumatına görə, CBC Sport telekanalı bəyan edir ki, UEFA Avropa Liqası pley-off mərhələsi çərçivəsində İsveçin “Göteborq” klubu ilə “Qarabağ” komandası arasında keçiriləcək matçların kanalda yayımı baş tutmayacaq. Bunun səbəbi “Qarabağ” Futbol Klubuna 10 gün əvvəl edilən təklifə bu günə qədər qarşı tərəfdən heç bir cavabın gəlməməsidir. 

“"Qarabağ” FK-nın bu qərarına hörmət duyaraq, bütün tamaşaçılarımızdan üzr istəyirik və komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayırıq!" - deyə bəyanatda bildirilir.

Qaynarinfo.Az