Xəbər lenti

"Cib kitabı" "Bizim market"də
Ölkə13:25 07.06.2013

"Cib kitabı" "Bizim market"də

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günlərdə "Cib kitabı" seriyasından işıq üzü görən "İmperatorun sifarişi" və "Esselər" kitabları artıq "Bizim market" mağazalar şəbəkəsində satışa çıxarılıb. 

Yeni yaradılan "Zero" nəşriyyatının yayım meneceri Pərviz Əzimovun Qaynar.info-ya verdiyi məlumata görə, "Cib kitabı"  seriyasının nəşrində məqsəd bütün təbəqələrdən olan oxucular üçün sözün bütün mənalarında kitabı əlçatan etməkdir. "İndi oxucu keyfiyyətli mətnləri həm ucuz qiymətə, həm də özünə daha yaxın olan ərazilərdən əldə edə bilər. Bildiyimiz kimi, "Bizim market" şəbəkəsi paytaxtın ən böyük ticarət sistemlərindən biridir və demək olar ki, Bakının əsas hissəsini əhatə edir".

P.Əzimov onu da əlavə etdi ki, artıq "Cib kitabı" seriyasından nəşr olunan kitablar Sumqayıtdakı supermarketlərdə də satışa buraxılıb. Bu ay ərzində Mingəçevir şəhərindəki supermarketlərlə də əməkdaşlıq qurulacaq. "Biz kitabı oxucuya daha da yaxın etmək istəyirik." 

Onun sözlərinə görə, nəşriyyat oxuculara Avropa ədəbiyyatından artıq iki kitab - Frans Kafkanın hekayələrindən ibarət "İmperatorun sifarişi" və Umberto Ekonun "Esselər" kitabını təqdim edib. Hazırda isə azərbaycanlı yazar Şərif Ağayarın "Pozuq fotoşəkillər" şeirlər kitabı və Somerset Moemin "Üzüyola Luiza" hekayələr kitabı nəşrə hazırlanır. Yaxın bir həftə ərzində bu kitabların da satışa çıxarılması planlaşdırılır.

Bu kitabları Yeraltı Book Cafe, "Əli və Nino" Kitab Mağazaları, "Bizim market" mağazalar şəbəkəsindən, habelə şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür.

Pərakəndə, abunə və topdansatışla maraqlananlar üçün əlaqə nömrəsi: (050) 375 76 13 , (012) 595 -07-24

"Cib kitabı" seriyasından nəşr olunan kitabların hər birinin qiyməti 2.50 AZN-dir.

Qaynar.info