Xəbər lenti

"Cinayət Məcəlləsindən bəzi maddələr çıxmalıdır" - Ramiz Rzayev
Ölkə17:54 18.03.2015

"Cinayət Məcəlləsindən bəzi maddələr çıxmalıdır" - Ramiz Rzayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Biz müvafiq təkliflər veririk ki, qanunlarda müəyyən dəyişikliklər edilsin”.
Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. 
R.Rzayev bildirib ki, Cinayət Məcəlləsi və Mülki Məcəllədə müəyyən boşluqlar var: “Elə məsələləri var ki, onlarla bağlı məhkəmələrə müraciətə ehtiyac yoxdur. Tərəflər razıdırsa, yazıla bilər ki, iş icra olunub. Ümumiyyətlə, məhkəmələrə kimsə narazı olan vaxt müraciət edilməlidir. Cavabdeh və iddiaçı da razıdırsa, niyə işə məhkəmədə xitam verilməlidir? Bunun üçün işin icra olunduğuna dair qərar yazmaq kifayətdir. Belə olsa, məhkəmədəki işlərin sayı 20 faiz azalar. Cinayət Məcəlləsində elə maddələr var ki, onları oradan çıxarmaq olar. Bəzi maddələri isə təkmilləşdirmək və sərtləşdirmək lazımdır" (APA).