
Üzeyir Cəfərov
Qarabağ döyüşlərinin iştirakçılarına ittihaf edirəm
Çoxdanidi ki, özümün də iştirakçısı olduğum Qarabağ savaşının iştirakçılarıilə bağlı bir yazı hazırlamaq istəyirdim. Hər dəfə ortalığa bir hadisə,bir aktual gündəm mövzusu çıxırdı deyə, yaza bilmirdim. Bu yaxınlardaisə rastlaşdığım bir ürəkağrıdan mənzərə məni təcili olaraq buqeydlərimi yazmağa məcbur etdi. Demək, bir neçə gün bundan öncəayrı-ayrı mətbu orqanlarda Qarabağ müharibəsinin iştirakçısı olmuş,hazırda isə yataq xəstəsi olan bir nəfərin köməyə ehtiyacı olmasıhaqqında məlumatlar yayılmışdı. Yazını oxumağa başlayanda isə gözləriməinana bilmədim. Bu xanımın adının Ruxsarə Cumayeva olduğunu biləndəəhvalım tamam korlandı. Həmin ürək ağrıdan, daş ürəkləri belə yerindənoynada bilən qeydlərdə Vətən uğrunda canını, sağlamlığını qoymuş birbacımızın düşdüyü acınacaqlı vəziyyətdən söhbət açılırdı. Qarabağsavaşının iştirakçısı olmuş döyüşçülər onu Tutu kimi tanıyırlar. Qısacada olsa, bu xanım haqqında fikrimi diqqətinizə çatdırmaq istərdim ki,qoy dəyərli oxucularımızda da bu xanımın kimliyi haqqında dolğun birtəsəvvür yaransın.
Zaqatalada doğulubboya-başa çatan Rüxsarə xanım dövlətin müstəqilliyi və millətininazadlığı üçün günlərlə meydanlarda aclıq edən, buna görə oxuduğuuniversitetdən xaric olunan bir azərbaycanlı xanım olub. O, Qarabağuğrunda savaş başlayanda rayon hərbi komissarlığına müraciət edib vəomba nahiyəsində anadangəlmə zədə olmasına baxmayaraq, könüllü şəkildəcəbhəyə yollanıb.
Cəbhədə Tutu adı ilə tanınanRuxsarə xanım tibb bacısı kimi fəaliyyət göstərib, ağır döyüşlər zamanıisə bir azəri-türk qadını olaraq böyük şücaət və mərdlik göstərərəkəsgər və zabitlərimizin sağlamlığının keşiyində durub. Hər kəs yaxşıxatırlayır ki, o vaxt gedən qanlı döyüşlər zamanı yaralanmışhərbçilərimizə həyatlarının xilas edilməsi üçün misilsiz xidmətlərgöstərib. Bu gün həyatda olan və o döyüşlərdə yaralanmış onlarla zabit,gizir və əsgərlərimiz həyatda yaşadıqlarına görə, məhz Tutu kimitanıdıqları şəfqət bacısına borcludurlar.
Qeydetdiklərimdən əlavə, igid və qorxmaz bacımız çoxsaylı döyüşəməliyyatlarında şəxsən ön xətdə iştirak edib, hətta düşmənin atdığımərmilərdən qopan qəlpələrdən bir neçəsi də öz bədəninə dəyib. Ammayanında ər kimi igid oğullarımızı görən Ruxsarə xanım heç nədənçəkinmədən öz vəzifə borcunu yerinə yetirib. Hər zaman Vətən, torpaq eşqilə yaşayan bu cəsur qadın keçdiyi keşməkeşli ömür yolunda nə acılaryaşasa da, bu gün də Vətəni Azərbaycan üçün nə lazımdırsa, etməyəhazırdır. Lakin döyüşçü bacımız Ruxsarə xanımın səhhətində ciddiproblemlər var. Hətta məsələ o qədər ciddidir ki, əgər o, təciliəməliyyat olunmazsa, iflic keçirmək təhlükəsi yaranacaq. Allahgöstərməsin, əgər bu hal baş verərsə, onda Qarabağ qazısının bütünarzularının üzərindən xətt çəkilmiş olacaq.
Bəli,bir vaxtlar ölkəmizin dilbər guşələrindən biri olan Zaqatalada yaşadığısakit, rəvan həyatı qoyaraq müharibənin oduna-alovuna düşən birdöyüşçünün bu gün özünün çox böyük dəstəyə və köməyə ehtiyacı var.Cavanlığını, sağlamlığını dövlət, millət, Vətən yolunda qoyan və özvətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirən Qarabağ qazisinınAzərbaycan dövlətinin, xalqının dəstəyinə ehtiyacı var...
Onuda qeyd edim ki, hazırda Tutu Cumayevanın himayəsində 12 yaşlı qızövladı var. Qarabağ qazisinın təcili olaraq əməliyyat keçirilməsi üçün28 min AZN məbləğində maliyyə vəsaiti tələb olunur. Artıq xeyli vaxtdırki, müxtəlif dövlət və hökumət orqanlarına çoxsaylı müraciətlərünvanlansa da, təəssüflər olsun ki, hələ bir cavab yoxdur. Vaxt isə gözləmir...
Bu sətirləri oxuyanlar gözəlbilirlər ki, belə misallar ölkəmizdə yüzlərlə, bəlkə də, minlərlədir.Ortaya haqlı sual çıxır: bu qədər maliyyə imkanlarımızın olduğu birzamanda, niyə belə acı mənzərələrlə biz üzləşirik? Əgər bu 90-cı illərinəvvəllərində olsaydı, haradasa başa düşmək olardı ki, müharibə gedir,ölkənin iqtisadi imkanları yetərincə deyil və sairə. Axı indi bizdünyaya qürurla bəyan edirik ki, bu gün Azərbaycan inkişaf tempinə,insanların yaşayış səviyyəsinə görə ən öndə gedən ölkələrindən biridir.Bəs onda necə olur ki, Qarabağ müharibəsi iştirakçıları və veteranlarıhələ də çoxsaylı problemlərlə üz-üzə qalıblar?
Başqabir misal çəkmək istərdim. Şəki şəhəri 20 yanvar küçəsi, ev 43-dəmüvəqqəti qeydiyyatda olan zabit dostumuz Kamran Süleymanovun müvafiqqurumlara, o cümlədən mətbuata ünvanladığı məktublardan bəzi epizodlaradiqqət edək. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinibitirmiş, 2004-cü ilə kimi Azərbaycan Ordusunda zabit kimi qulluq etmişbir insan dövlətdən kömək istəyir. O da, Qarabağ müharibəsi veteranıdır.30 il 9 ay imtiyazlı xidmətim olub. Qulluq etdiyi illər ərzində yalnız30 gün müddətinə məzuniyyətdə olub. Obyektiv səbəblərdən ordusıralarından tərxis olunduqdan sonra yaşayış sahəsi ilə təmin olunmasıüçün Şəki şəhəri İcra Hakimiyyətinə müraciət edib. Ancaq yenə də, ortadaheç bir nəticə yoxdur. Hazırda evi də olmayan Qarabağ qazisi kirayədəyaşayır...
Daha bir misal. Azərbaycanın ərazibütövlüyü uğrunda sağlamlığını itirmiş, hazırda ağır yataq xəstəsi olanQarabağ müharibəsi veteranı Əli Abbasovun həyat yoldaşı MəlahətAbbasova ölkə başçısına, müvafiq qurumlara ürək ağıdan bir müraciətünvanlayıb. Himayəsində azyaşlı övladı olan ananın müraciətində deyilir:“Həyat yoldaşım müharibədə bütün sağlamlığını itirib, II qrup əlildir. 3otaqlı mənzilimizi satıb onun müalicəsinə sərf etsək də, hazırda onunsəhhəti olduqca ağır durumdadır. Yaşayış yerimiz olmadığına görə mərhumprezident Heydər Əliyevə müraciətimiz əsasında biz yaşayış yeri ilətəmin olunmuşduq. 2008-ci ildən 3 saylı Bakı Peşə Liseyininyataqxanasında verilən sığınacaq əlimizdən alındı və uzun müddət küçəhəyatı yaşadıq. Hazırda isə bizə xeyirxah bir insan tərəfindən verilən 9kvadratmetrlik sığınacaq layihə planına salındığına görə biz yaşamaqüçün əlverişli şəraiti olmayan yerdən çıxmağa məcburuq.
Ailədəişləyən tək mənəm. Oğlum 5-ci sinifdə oxuyur. Onun təhsil alması üçünheç bir şərait yoxdur, üstəlik də uşaq anemiya xəstəsidir. Bakı sakiniolsaq da, Nərimanov Rayon Polis İdarəsində qeydiyyatdayıq. Bu üzdən dəheç bir poliklinikada bizi qəbul etmirlər ki, polisdə qeydiyyatdaolanlar bizlik deyil. Yaşamağa yerimiz olmadığı üçün məcburam ki, uşağıhansısa bir internat məktəbinə himayəyə verim. Lakin məni daha çox yataqxəstəsi olan həyat yoldaşımın aqibəti düşündürür”.
Dəyərlioxucular, bu sətirləri necə sakit oxumaq olar? Şəxsən mənim üçün beləsətirləri oxumaq ikiqat çətin və əzablıdır. Özümün də şəxsən keçdiyimQarabağ savaşı ilə bağlı bu və ya digər formada keçmiş döyüşçülərin,onların ailə üzvlərinin düşdükləri çətinlikləri, problemləri gördükcəüzülürəm. Axı gerçəkdən belə olmamalıdır. Məgər bizim imkanımızmıçatmır ki, hansısa Qarabağ qazisini evlə, minik avtomobili ilə təminedək, ona diqqət və qayğı göstərək? Yaxud döyüşçü bacımız RuxsarəCumayevanın timsalında ehtiyacı olan müharibə iştirakçılarına istənilənmaliyyə və ya digər dəstəyi vermək o qədərmi problemdir ki, biz bəzəndüşmənləri, bizi istəməyənləri özümüzə güldürürük?
Şükürlərolsun ki, bu gün gənc olsa da, ölkəmiz sürətlə inkişaf edir, bütünsahələr üzrə xeyli uğurlar mövcuddur. Bakıda aparılan saysız-hesabsıztikintilər şəhərin simasını tamam dəyişib. Şəxsən mən belə bir imkanlarçərçivəsində çox qısa bir zamanda Vətən üçün müstəsna xidmətləri olmuşvə olan şəxsləri, birinci növbədə Qarabağ müharibəsinin iştirakçısıolmuş şəxslərin özlərini, yaxud həlak olmuş, itkin düşmüş insanlarınailə üzvlərinin bütün problemlərini həll edərdim. Bunun özü gənc nəsilüçün əvəzsiz bir vətənpərvərlik nümunəsi olardı.
Bundanəlavə, ölkəmizin sayı günü gündən artmaqda olan imkanı şəxsləri dəmüharibə iştirakçıları olmuş insanlara, onların ailə üzvlərinəəllərindən gələn köməklikləri əsirgəməməlidirlər. Onu da unutmaq olmazki, məhz müharibədə düşmənlə üz-üzə gələrək həyatlarını qurban vermiş,həmçinin sağlamlıqlarını itirmiş insanların sayəsində bu gün biznesaləmində uğurlar qazanmış və qazanmaqda olan hər bir azərbaycanlı əldəetdiklərinə görə məhz o insanlara BORCLUDUR.
Sondaisə, onu qeyd etmək istərdim ki, bəzən biz son dərəcə xoşa gəlməyənmənzərə ilə üzləşirik. Bir çox hallarda Qarabağ əlilləri, müharibəveteranları, şəhid ailələri hökumət və dövlət strukturlarındaotur(uş)muş məsuliyyətsiz məmurların soyuq münasibəti ilə üzləşirlər.Sanki bu məmurlar və ya onların rəhbərlik etdikləri qurumlar buadamların şəxsi əmlaklarıdır. Axı vəzifədə oturan hər bir kəs aydın dərketməlidir ki, onun dövlətdən aldığı məvacib vətəndaşlarımızın, ocümlədən Vətən üçün canını belə əsirgəməmiş Qarabağ müharibəsinin, şəhidailələrinin, veteranların ödədikləri vergilər hesabına həyatakeçirilir.
Mən qətiyyən Azərbaycanımızın bu vəya digər strukturlarında, o cümlədən biznes və maliyyə sektorundaoturmuş məmurlarının hamısını müharibə iştirakçılarına qarşı soyuq münasibətdə günahlandırmaq istəmirəm. Bu həm də, ədalətsizlik olardı.Amma, razılaşaq ki, yuxarıda qeyd etdiyim üç misalın timsalında, deyəbilərik ki, bu gün hələ də, daş ürəkli məmurlardan var ki, hansılar hələdə insan taleyinə biganə yanaşırlar. Onların elementar problemlərinibelə süründürməçiliklə,ya həll etmir, ya da onları qoruduqları Vətəndənnarazı salırlar.
Bir də Qarabağda döyüşübşəhid olanlar, onların ailə üzvləri, həmçinin müharibə iştirakçıları,digər insanlar həyatlarını odun-alovun ağzına atanda hansısa təmənnabarədə düşünmək belə istəməyiblər. Ona görə də, hesab edirəm ki, dövləthələ uzun illər onun müdafiəsi üçün çalışmış vətəndaşlarının borcunuödəməlidir. Bu iş nə qədər tez həyata keçsə, bir o qədər ölkə üçün başucalığı gətirər. Hələliksə Qarabağ qaziləri arasında lazım olanmüalicəni, dava-dərmanı ala bilmədiyi üçün dünyalarını dəyişənlərin sayıartmaqdadır...