Xəbər lenti

"Domjale"nin baş məşqçisi Samir Məsimovdan danışdı: "Sistemimizlə uzlaşmır"
İdman09:41 10.02.2016

"Domjale"nin baş məşqçisi Samir Məsimovdan danışdı: "Sistemimizlə uzlaşmır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sloveniyanın "Domjale" klubunun baş məşqçisi Luka Elsner Bolqarıstanın "Levski" komandası ilə keçirdikləri yoxlama oyunundan danışıb.

Qaynar.info xəbər verir ki, 33 yaşlı məşqçi həmçinin yeni futbolçuların hazırlıq səviyyəsi ilə də bağlı fikirlərini bildirib.

O, 1:1 başa çatan oyunda 61 dəqiqə meydanda olmuş "Neftçi"dən "Domjale"yə keçmiş Samir Məsimov barəsində də danışıb: "Mən komandamın hazırkı vəziyyətindən razıyam. Biz fiziki hazırlıqda çox yüksək səviyyəyə çatmışıq. "Levski"yə qarşı oynamış futbolçuların təcili bərpası lazımdır. Biz bədən bərpasını artıq aradan qaldırmışıq. Yeni oyunçularımızın sistemimizlə uzlaşması kifayət etmir. Mən xüsusən Alvaro Braçi, Samir Məsimov və Aksel Maravalı nəzərdə tuturam. Videotəhlillərin köməkliyi ilə onlar da mexanizmlərimiz və oyundakı avtomatik proseslər haqqında biləcəklər. Bizim hələ çox vaxtımız var".

Qeyd edək ki, "Domjale" sabah Bolqarıstanın digər komandası "Botev"lə qarşılaşacaq. 1 gün sonra Bakı vaxtı ilə saat 19:45-də isə "Domjale" Sloveniyaya dönəcək.

Qaynar.info