Xəbər lenti

"Dünyanın heç bir ordusunda kəşfiyyatçı əməliyyata vəsiqə ilə getmir"
Ölkə05:49 08.04.2016

"Dünyanın heç bir ordusunda kəşfiyyatçı əməliyyata vəsiqə ilə getmir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ümumiyyətlə, dünyanın heç bir ordusunda kəşfiyyatçı əməliyyata şəxsiyyətini təsdiqləyən sənəd və ya hər hansı fərqləndirici nişanla getmir". Qaynar.info anspress-ə istinadən xəbər verir ki, bunu erməni mətbuatının iddialarını şərh edən keçmiş müdafiə naziri Dadaş Rzayev deyib. 
Belə ki, erməni mətbuatında yer alan iddaya görə, ayın 6-dan 7-nə keçən gecə erməni silahlı birləşmələri Azərbaycan kəşfiyyatçı qrupunun diversiya cəhdlərinin qarşısını alıblar. Nəticədə hərbi qulluqda olan Azərbaycan zabiti, kapitan, 1979-cu il təvəllüdlü Naftalan sakini Vaqif Dilqəm oğlu Bayramov öldürülüb. Və dəlil-sübut kimi zabitin silah saxlama vəsiqəsi, şəxsi vəsiqəsi və vətəndaşın şəxsiyyət vəsiqəsinin fotoşkillərini yayıblar.
Keçmiş nazirin sözlərinə görə, bu, sadəcə olaraq, çox keyfiyyətsiz, bayağı hazırlanmış təbliğat üsuludur ki, bununla da erməni tərəfi öz üstünlüyünü nümayiş etdirmək istəyir. Məqalədə o da deyilir ki, diversiya qrupunun digər üzvləri kapitanın meyitini ataraq qaçıb, amma, eyni zamanda, news.am saytının səhifəsində 4 nəfər əsgərin meyitinin fotoşəkilləri yerləşdirilib.
Qaynar.info