Xəbər lenti

"Dövlət orqanları israfçılığa yol verməməlidirlər" - Vasif Talıbov
Ölkə19:38 10.02.2016

"Dövlət orqanları israfçılığa yol verməməlidirlər" - Vasif Talıbov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət orqanları tərəfindən mal-materiallar alınarkən israfçılığa, izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə bir vətəndaş münasibəti formasını almalıdır. 
Oxu.Az-ın xəbərinə görə, bunu Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sahibkarlarla görüşündə deyib.
“Yerli məhsullara üstünlük verilməsi öz növbəsində yerli istehsalın inkişafını dəstəkləməklə yanaşı, xərclərin azaldılmasına, məşğulluğun artırılmasına xidmət edəcəkdir. Bir sözlə, qarşıda bizi mühüm vəzifələr gözləyir. Bu vəzifələrin icrası, sahibkarlıq sahəsində fəaliyyətin genişləndirilməsi üçün hər cür imkan və şərait vardır. 
Ölkəmizdə, eləcə də muxtar respublikamızda iqtisadi islahatlar həyata keçirilir. Bunun əsas məqsədi sahibkarlıq strukturlarında fəaliyyəti gücləndirməklə iqtisadi qüdrətimizin artırılmasına, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır”.